"Vətən Naminə Tavuş" hərəkatının lideri, keşiş Baqrat Qalstanyan çağırışı ilə İrəvanın Respublika meydanında hökumət əleyhinə mitinq başlayıb.
"Unikal" "news.am”-a istinadən xəbər verir ki, Baqrat Qalstanyan mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu və mitinqdə atacağı qəti addımı açıqlayacağını bildirib.
Bir qrup gənc də müxtəlif istiqamətlərdə yürüş keçirərək aksiyaya qoşulub.