Yunanıstanın Simi adasında itkin düşən altmış yeddi yaşlı britaniyalı teleaparıcı Maykl Mosli ölü tapılıb.

"Unikal" “Reuters” agentliyinə istinadla xəbər verir ki, o, çərşənbə günü qızmar istidə sahil yolu ilə təkbaşına gəzintiyə çıxdıqdan sonra itkin düşmüşdü. Polis rəsmiləri bu gün onun cəsədinin qayalıq və dənizə yaxın ərazidə tapıldığını bildirib. Onun hər hansı qəza keçirib-keçirmədiyi və ya özünü pis hiss edib-etmədiyi bəlli deyil.

Maykl Mosli Britaniya telekanallarında səhiyyə ilə bağlı proqramlarda aparıcılıq edib. O, "This Morning" və "The One Show" kimi televiziya proqramlarında, həmçinin BBC kanalında yayımlanan "Trust Me, I'm A Doctor" proqramının aparıcılarından biri olub. Maykl Musli “Royal Free Hospital”da tibb təhsili alıb.