İsrailin hərbi kabinetinin üzvü Benni Qantz istefa verib.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, bu barədə o, televiziya vasitəsilə müraciətində deyib. "Hökumətdən gedişim haqqında qərarım çox mürəkkəb və ağrılıdır" - B. Qantz belə deyib.
Qeyd edək ki, onun bu qərarı ötən həftə hökumət başçısı Benyamin Netanyahuya verdiyi ultimatumla əlaqələndirilir.
O, baş naziri iyunun 8-dək HAMAS ilə mübarizə məqsədilə yeni planın hazırlanmasına çağırmışdı.