Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, hərbçimiz yolu azaraq Vayots Dzor (Dərələyəz) ərazisindən Ermənistan ərazisinə daxil olub. Hazırda onun həbs edildiyi deyilir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə jurnalistlərin sualına cavab verib: "İtkin düşən Azərbaycan əsgəri ilə tanışsınız? Mümkündür ki, azərbaycanlı bizə təslim olub, yoxsa itib, və ya biz onu tutmuşuq. Bunu rəsmi şəkildə söyləmək mənim işimə aid deyil. Dövlət o qədər açıq, şəffaf işləyir ki, mən gəlib sizə deməliyəm: bilirsinizmi, azərbaycanlı diversant gəlib? Dövlət sirri deyilən bir şey yoxdur?"
Ağarza Elçinoğlu