Ermənistan tərəfi Rusiya hakimiyyətinin 44 günlük müharibə zamanı Ermənistanı və erməni xalqını niyə tək qoyduğunu açıqlayıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan qeyd edib ki, tərəflər arasında həm sövdələşmə, həm də erməniləri cəzalanadırmaq istəyi buna səbəb olub: "Çünki o, Ukraynada müharibəyə hazırlaşırdı və Suriyada təyyarəni vurduqdan sonra Türkiyə ilə böyük sövdələşmə aparıldı, son məqsədi bu regionda mümkün sanksiyalardan yan keçmək imkanı əldə etmək idi. Yaxud bu, ermənilərin ödəməli olduğu bir qiymət idi, çünki ermənilər müstəqil və suveren olmaq variantını seçmişdilər və buna görə də ermənilər cəzalandırılmalı idi. Erməniləri cəzalandırmaq lazım idi ki, seçki olmasın, burada lider zəng etsin, "yaxşı, mən seçilirəm" desin. Oradan təbrik etsin, burada qanuni lider olsun ki, 1 martı qeyd etsinlər. Həm sövdələşmə, həm də cəza var idi. Məqsəd bir daşla iki quş vurmaq, yəni sövdələşmə etmək idi ki, Ermənistanda hakimiyyət dəyişəcək və Rusiyayönlü hakimiyyət gəlib deyəcək: əvvəlkilər günahkardırlar, bu gün Ermənistan Rusiya-Belarus İttifaqının üzvü olmalıdır, çünki ruslar olmadan biz təhlükəsiz ola bilmərik. Ruslar olmadan biz mövcud ola bilmərik. Bizim günahımız odur ki, yox deyirik, biz dövlətik və suveren olmalıyıq".
Ağarza Elçinoğlu