Rusiya prezidenti Vladimir Putin işgüzar səfərləri üçün yerli təyyarələrdən istifadə edir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov İran prezidenti İbrahim Rəisi və Malavi vitse-prezidenti Saulos Çilimanın iştirak etdiyi təyyarə qəzasını şərh edərkən bildirib.

"Putin yerli təyyarələrdən istifadə edir, bu, lazımi səviyyədə saxlanılan etibarlı avadanlıqdır", - deyə o, vurğulayıb. 

Peskov onu da əlavə edib ki, Rusiyada istənilən avadanlıq lazımi səviyyədə saxlanılır.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi də daxil olmaqla, İran rəhbərliyinin nümayəndələrini daşıyan helikopterin sərt eniş etməsi məlum olub. Sonradan məlum olub ki, təyyarə dağlara düşüb və göyərtəsində olanların hamısı həlak olub.

Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan təyyarə iyunun 10-da radarlardan itib. Təyyarənin yerini müəyyən etmək üçün xilasetmə əməliyyatı təşkil edilib. İyunun 11-də "Tuko" qəzeti Çilimanın təyyarə qəzasında öldüyünü bildirib.