Amerikalı sahibkar İlon Mask bəyan edib ki, şirkətlərində süni intellekt texnologiyaları onlara əməliyyat sistemi səviyyəsində inteqrasiya olunarsa, o, "Apple" cihazlarından istifadəni qadağan edəcək.
"Unikal" xəbər verir ki, Mask "X" sosial şəbəkəsində vəziyyəti qəbuledilməz təhlükəsizlik pozuntusu adlandırıb.
O, həmçinin "Apple"ın "öz süni intellektini yaratmaq üçün kifayət qədər ağıllı olmadığını" bildirib.
Sahibkarın sözlərinə görə, hətta onun biznesinə gələnlər də bütün "Apple" qadcetlərini girişdə təhvil verməli olacaqlar, bundan sonra onlar radiodalğaların yayılmasının qarşısını alan Faraday qəfəslərində saxlanılacaq.