Tailandın paytaxtı Banqkokda heyvan bazarında baş verən yanğında minlərlə heyvanın tələf olduğu bildirilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 118 mağazanın heyvan satıldığı bazarda baş verən yanğında bəzi ekzotik ev heyvanları da daxil olmaqla bir çox heyvan ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlərin işindən sonra yanğın söndürülüb.

İlkin məlumatlara görə, yanğın zamanı mağaza sahibləri və müştərilər arasında xəsarət alan olmayıb.