Malavinin keçmiş birinci xanımı Patrisiya Muluzi də ölkənin vitse-prezidenti Saulos Klaus Çilimanı daşıyan qəzaya uğrayan təyyarədə sərnişinlər arasında olub.
"Unikal" xəbər verir ki, bu barədə Malavi nəşri "Malawi24" məlumat yayıb.
“Sərnişinlər siyahısı göstərir ki, keçmiş birinci xanım Patrisiya Muluzi Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarədəki səkkiz sərnişin arasındadır”, - qəzet yazır.
Patrisiya 1994-2004-cü illərdə ölkəyə rəhbərlik etmiş Malavi prezidenti Bakile Muluzi ilə 1999-cu ildən evlidir.
Nəşr həmçinin təyyarədə vitse-prezident Saulos Çilimanın həyat yoldaşı Meri Çilimanın da olması ilə bağlı məlumatları təkzib edib.
İyunun 11-də Malavi vitse-prezidentini daşıyan təyyarənin qalıqları tapılıb.
Gülayə Mecid