Türkiyəli məşhur türkiyəli aktyor Murat Soydan (əsl adı Rüçhan Tercan) dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, “Yeşilçam”ın ulduzu 83 yaşında vəfat edib.
1970-ci illərin məşhur aktyorlarından olan Murat Soydan bir çox filmdə Türkan Şoray və Hülya Koçyiğitlə baş rolu paylaşıb. 1972-ci ildə “Zulüm” filmindəki roluna görə 9-cu Antalya Qızıl Portağal Film Festivalında “Ən yaxşı kişi aktyor” mükafatını qazanıb