ABŞ ordusunda xidmət edən əsgərlərin ölüm səbəbləri arasında intihar birinci yerdədir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin ən çox tirajlı qəzetlərindən olan “USA Today” yazıb.
Nəşr Amerika Müdafiə Sağlamlığı Agentliyinin 2014-2019-cu illəri əhatə edən “ABŞ ordusunda ölümlər”lə bağlı araşdırmasını əldə edib. Xəbərə görə, araşdırmada sözügedən dövrdə ABŞ ordusunda 883 nəfərin intihar nəticəsində öldüyü bildirilib.
Araşdırmada ABŞ əsgərlərinin Əfqanıstan və Yaxın Şərqdən çəkilməsi ilə döyüş meydanında ölənlərin sayının azaldığı, qəzaların intiharlardan sonra ikinci yerdə olduğu və 814 ölümlə nəticələndiyi qeyd edilib.
Araşdırmada 2019-cu ildən bəri intihar nisbətlərinin artdığı və spirtli içki istifadəsi kimi zərərli davranışların buna səbəb olduğu diqqətə çatdırılıb və 2024-cü ildə 55 əsgərin intihar edərək öldüyü paylaşılıb.
Hərbi məmurlar orduda intiharların qarşısını almaq üçün həll yolları axtararkən, 2023-cü ilin sentyabrında intiharları araşdıran müstəqil komissiyanın tövsiyələrindən sonra Pentaqon əsgərlərin psixi sağlamlıq xidmətlərinə çıxışını yaxşılaşdırmaq və odlu silahların təhlükəsiz saxlanması üçün stimulları nəzərdən keçirməyə razılaşıb.
Gülayə Mecid