ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden qanunsuz silah əldə etmək ittihamı ilə ona qarşı açılan federal işdə təqsirli bilinib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Baydenin oğlu Hunter Baydenin Delaver ştatındakı məhkəmə prosesi başa çatıb.
Münsiflər heyəti Hunter Baydenin ona qarşı hər üç ayrı cinayəti törətdiyinə qərar verib. Hunter Baydenin hüquq qrupu bugünkü qərardan məyus olduqlarını bildirib və mövcud hüquqi vəziyyəti izləməyə davam edəcəklərini açıqlayıb.
Hunter Bayden də açıqlamasında "günah hökmündən məyus olmaqdansa, aldığı sevgi və dəstəyə görə daha çox minnətdar olduğunu" bildirib.
Baydenə qarşı cəzanın 120 gün ərzində müəyyən edilməsi planlaşdırılır. Lakin hökmün nə vaxt elan ediləcəyi hələlik müəyyənləşməyib.Məhkəmə hakimi Maryellen Noreika Hunter Baydenin günahı sübuta yetirilərsə, onu 25 ilə qədər həbs cəzasına məhkum etmək səlahiyyətinə malikdir.
Lakin ilk dəfə cinayət törətməyə görə cəzanın nə olacağı və Baydenin dəmir barmaqlıqlar arxasında qalıb-qalmayacağı məlum deyil.