Livanın şiə "Hizbullah" hərəkatı tərəfindən İsrailin şimalına 100-dən çox raket atılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.
"Bu, "Hizbullah"ın müharibə zamanı həyata keçirdiyi ən böyük hücumlardan biridir. Tiberiya şəhəri hərbi əməliyyatlar zamanı ilk dəfə olaraq raket atəşi hədəfinə çevrildi”,- media qeyd edir.
Hələlik itkilər barədə məlumat yoxdur. İddialara görə, qrup ötən gecə baş vermiş raket zərbəsi nəticəsində yüksək səviyyəli komandirlərindən birinin öldürülməsinə cavab olaraq böyük raket zərbəsi endirib.