"Hökumətin iclasının vaxtı dəyişib, onu da öyrəndik ki, 45 məsələdən 44-ü barədə məlumat verilmir".
"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu “Vətən naminə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan jurnalistlərlə söhbətində deyib.
O, bunu belə izah edib: "Ölkədə xalqı qoruya biləcək nə hökumət var, nə də hakimiyyət".
Hərəkat lideri bildirib ki, bu gün saat 20:00-da İrəvanda parlament binası yaxınlığında mitinq keçiriləcək, gün ərzində müzakirələr aparılacaq.
Xatırladaq ki, ötən gün polislərlə ilə etirazçılar arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanları etirazçılara qarşı kobud güc tətbiq edib. Polis səs qumbaralardan istifadə edib, nəticədə 100-dən çox insan yaralanıb.
Gülayə Mecid