Rusiya Dövlət Dumasının deputatı Aleksey Ezubov “Mercedes” markalı avtomobili ilə qəza törədib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, deputatın idarə etdiyi avtomobil qarşıdan gələn zolaqda “Land Rover”lə toqquşub. Hadisə anı kameralara düşüb. 

Qəza nəticəsində 76 yaşlı Ezubov kəllə-beyin travması və sıyrıqlar alıb. “Land Rover”in sürücüsünə də kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.  

Gülayə Mecid