Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın katibliyi açıqlama yayıb.
KTMT Nikol Paşinyanın bəyanatları fonunda Ermənistan Xarici İşlər Nazirliyinin respublikanın hələ də təşkilatdan çıxmaması ilə bağlı bəyanatına istinad edib: "Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müvafiq şərhini diqqətinizə çatdırırıq: “Paşinyan demədi ki, biz KTMT-dən çıxırıq, o dedi ki, nə vaxt çıxacağımıza biz qərar verəcəyik”. Bu baxımdan, biz ondan çıxış edirik ki, Ermənistan Respublikasının KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, o, Təşkilatın tamhüquqlu üzvü olaraq qalır".
Ağarza Elçinoğlu