Şamil Basayevin dəstəsinin daha iki üzvü təxminən 25 ildən sonra saxlanılıb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Yamal və Xantı-Mansi Muxtar Dairəsi sakinləri - Murtazəli Alimgireyev və Alimxan Kadraşov 1999-cu ildə Çeçenistanın Çervlennaya kəndi yaxınlığında hərbçilərə hücum etməkdə şübhəli bilinirlər.
Bu zaman 15 rus hərbçisi həlak olub, daha 28-i yaralanıb.
Şübhəlilər silahlı üsyanda, dəstədə iştirakda və hərbçilərin həyatına qəsddə ittiham olunublar.