Rusiyanın Qərbdəki aktivlərinin dondurulması cəzasız qalmayacaq oğurluqdur. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. 

Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib: "Qərb ölkələri hazırda Rusiyanın aktivlərini və valyuta ehtiyatlarını dondurub. İndi onlar fikirləşirlər ki, son mənimsəmələri üçün ən azı hansısa hüquqi əsası necə tapsınlar. Ancaq bütün hiylələrə baxmayaraq, oğurluq, şübhəsiz ki, oğurluq olaraq qalacaq. Digər tərəfdən, o, cəzasız qalmayacaq". 

Ağarza Elçinoğlu