Göygöldə qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yenizod kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdlü Səbuhi Eminli, 2008-ci il təvəllüdlü Rəsul Alişanov, 2010-cu il təvəllüdlü Huseyn Alişanov və 2011-ci il təvəllüdlü Eltac Alişanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov