“Qəbələ” fransalı futbolçu Bilel Auaşeriya ilə vidalaşıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin yayından komandada çıxış edən legioner “qırmızı-qara” formada 42 matçda 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.