Bloger Hüseyn Həsənov vergi ilə bağlı məsuliyyətə cəlb oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Blogerin Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2 milyon 748 min manat) məbləğində borcu yığılıb. Hazırda Hüseyn özü Rusiyada deyil.
Hətta vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.
"Hesabların bloklanmasına səbəb ödəniş edilməməsi və vergi pozuntusudur”, - nəşr yazıb