Fransada kənd təsərrüfatı işçiləri iyunun 17-də yenidən etiraz nümayişinə çıxmağı planlaşdırırlar.
"Unikal" xəbər verir ki, ilin əvvəlində fermerlərin qəzəbinin alovlandığı vaxtda Baş nazir Qabriel Attal ümumi kənd təsərrüfatı siyasəti (PAC) ilə bağlı bütün yardımların martın 15-dək ödəniləcəyinə “təntənəli şəkildə” zəmanət verərək, gərginliyi azaltmağa nail oldu. Bir neçə həftədən sonra Kənd Təsərrüfatı Nazirliyi bu yardımların ödənilməsinin iyunun 15-dək veriləcəyini bildirdi. Ancaq minlərlə təsərrüfat ödənişi gözləsə də, vəziyyət hələ də həllini tapmayıb.
2023-cü ildə ödənilməli olan yardımlar hələ də verilməyib. Bundan qəzəblənən fermerlər onsuz da siyasi cəhətdən sarsılmış ölkədə iyunun 17-də yenidən etiraz nümayişinə çıxacaqları ilə bağlı xəbərdarlıq ediblər.