Yaponiyanın müdafiə naziri Minoru Kihara 2024-cü ilin iyulunda Böyük Britaniyaya səfər etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda səfərlə bağlı müzakirələr aparılır. Nəşrin fikrincə, səfər Böyük Britaniyadakı seçkilərdən sonra baş tutmalıdır.
Ehtimal edilir ki, seçkilərdən sonra Mühafizəkarlar Partiyası ölkədə hakimiyyəti itirəcək. Nəticədə Yaponiya hökuməti ən qısa zamanda Britaniyanın yeni Nazirlər Kabineti ilə, xüsusən də müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində birbaşa əlaqələr qurmağı gözləyir.
Mayın 22-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkədə parlament seçkilərinin iyulun 4-də keçiriləcəyini bəyan edib. Sorğular hazırda İşçi Partiyasının favorit olduğunu göstərir. Hazırda Leyboristlər 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlardan orta hesabla 25 faiz öndədir