“Savon-K” şirkətində aşpaz işləyən Kərim Normatov Moskvada həbs edilib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Tacikistan vətəndaşı olan Kərim 200-dən çox insanın qidadan zəhərlənməsində məsuliyyət daşıyır. Zamoskvoretski məhkəməsi onu avqustun 15-dək istintaq təcridxanasına göndərib.

Məlum olub ki, Normatov peşəkar aşpaz deyil. O, Rusiya Federasiyasında qeyri-qanuni yaşayıb.

Hazırladığı lobyadan 200-dən çox adam zəhərləndikdən və cinayət işi açıldıqdan sonra Kərim Rusiyadan qaçmağa cəhd edib və Jukovski hava limanında saxlanılıb.

Onu altı il həbs gözləyir.