Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hazırda Bakıda həbsdə olan separatçı rejimin "dövlət naziri" Ruben Vardanyanla bağlı açıqlama verib. 

"Unikal" xəbər verir ki, bu barədə o, bugünkü brifinqdə jurnalistin "Rusiya tərəfinin Vardanyanın azad edilməsi məsələsini müzakirə edib-etməməsi" sualını cavablandırarkən bildirib.

Zaxarova xatırladıb ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib.

Onun sözlərinə görə, Rusiya ümumilikdə üçtərəfli sazişlərin həyata keçirilməsini həmişə dəstəkləyib. 

Ağarza Elçinoğlu