Şimali Koreya rəsmisi iclas zalına Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Indan daha tez gələn rusiyalı nazirləri iclas zalından çıxarıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, iyunun 19-da Rusiya və KXDR nümayəndələri arasında geniş tərkibdə görüş başlayıb. İclas zalına ilk daxil olanlar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiyanın müdafiə naziri Andrey Belousov, səhiyyə naziri Mixail Muraşko, habelə Rusiya baş nazirinin birinci müavini Denis Manturov və baş nazirin müavini Vitali Savelyev də olub. Onlardan əlavə, Rusiya nümayəndə heyətinə “Roskosmos” Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyasının baş direktoru Yuri Borisov da daxildir. 

Bundan sonra Rusiya Federasiyasından olan nümayəndə heyəti danışıqlar masası arxasında öz yerlərini tutmağa başlayıb. Nazirlər artıq portfellərindən sənədləri çıxararkən, Şimali Koreya rəsmisi onlardan otağı etmələrini istəyib. KXDR-dən olan dövlət qulluqçusu tələbini onunla izah edib ki, zala ilk olaraq KXDR rəhbəri Kim Çen In girməlidir. Rusiya nümayəndə heyətinin üzvlərindən biri qeyd edib ki, "siz bizə dərhal xəbərdarlıq etməli idiniz".

Rusiya tərəfi bunu protokol qaydaları ilə əlaqələndirib. 

Ağarza Elçinoğlu