Ukrayna beynəlxalq tərəfdaşlarının iştirakı ilə keçiriləcək növbəti sülh sammitində Rusiya nümayəndəsinin iştirakını mümkün hesab edir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak açıqlayıb. 

Yermak İsveçrədə 100-dən çox ölkə və təşkilatın iştirak etdiyi sülh sammitini uğurlu hesab edib. 

Onun sözlərinə görə, Ukrayna realistdir və digər ölkələrin iştirakına açıqdır: "Düşünürük ki, Rusiya təmsilçisini dəvət etmək mümkün olacaq".

Ağarza Elçinoğlu