Argentina hökuməti Ukrayna münaqişəsinə müdaxilə etmək və Kiyevə hərbi yardım göstərmək niyyətində deyil. 

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Amerika respublikası prezidentinin rəsmi nümayəndəsi Manuel Adorni bildirib. 

"Biz heç bir hərbi yardım göstərməyəcəyik. Biz humanitar dəstək, logistika və ərazinin minalardan təmizlənməsi ilə bağlı yardım təklif edəcəyik, lakin hərbi münaqişəyə heç bir şəkildə müdaxilə etməyəcəyik", - diplomat deyib. 

Ağarza Elçinoğlu