“Geopromining Gold” MMC-nin Zod qızıl mədəninin direktoru Ermənistanın Geqarkunik rayonunda döyülüb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Bildirilib ki, naməlum şəxslər Arayik M. adlı direktorun evinə gələrək ona və evdə olan direktor müavini Sahak M., “Geopromining Gold” MMC-nin Zod qızıl mədənində mühəndis işləyən Harutyun H. və mədənin mühafizə rəisinin müavini Karen G.-yə hücum ediblər. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Polis hadisənin aydınlaşdırılması və şübhəlilərin tapılması üçün müvafiq tədbirlər görür.

Ağarza Elçinoğlu