Avstraliyanın Flinders Universitetinin alimləri müəyyən ediblər ki, yüksək səslə, müntəzəm xoruldama həyati təhlükəsi olan sağlamlıq problemlərindən xəbər verə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə tədqiqat "NPJ Digital Medicine" (NPJ DM) elmi jurnalında dərc olunub.  

Mütəxəssislər doqquz ay ərzində gecə monitorinqi aparıblar ki, bu da xoruldama ilə bədənin vəziyyəti arasında əlaqə yaratmağa kömək edir. Tədqiqatda dünyanın müxtəlif ölkələrindən 2 min insan iştirak edib.

Alimlərin fikrincə, yuxu zamanı müntəzəm xoruldama ilə yüksək qan təzyiqi arasında əhəmiyyətli əlaqə var. Qeyd olunur ki, monitorinq iştirakçılarının 15%-i, əsasən artıq çəkisi olan kişilər gecənin orta hesabla 20%-dən çoxunu xoruldayırlar. Xorlama yüksək qan təzyiqi və nəzarətsiz hipertoniya ilə əlaqələndirilir. Tədqiqat işinin nəticəsinə əsasən, müntəzəm xoruldama ürək problemlərindən xəbər verə bilər. 

Gülayə Mecid