Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

"Unikal" xəbər verir ki, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində, eləcə də sosial şəbəkələrdən istifadə qaydaları kimi mövzularda əməkdaşlığın gücləndirilməsi, inkişaf etdirilməsi və birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX-nin “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin iştirakçılarına bilik mübadiləsi sessiyalarının keçirilməsi, maarifləndirmə xarakterli tədbirlərin və təlimlərin təşkili, həmin təlimlərin iştirakçılarına ETX tərəfindən materiallar və sertifikatların təqdim edilməsi, İctimai Birlik tərəfindən təşkil olunan tədbirlərdə ETX-nin əməkdaşlarının qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.