Fransada prezident Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən fransız jurnalistlər Nataşa Rey və Amandine Royun işi üzrə məhkəmə keçirilib.
“Unikal” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məhkəmə Parisdəki İslah Tribunalında baş tutub. Bricit Makron məhkəməyə gəlməyib, onun maraqlarını vəkil təmsil edib.
Rey böhtanda ittiham olunur; ona qarşı iddia birinci xanım və onun qardaşı Jean-Michel Tronier tərəfindən açılıb. O da xəstə olduğu üçün iclasda iştirak etməyib. Məhkəmədə yalnız Reyin hazırladığı materialları yaymaqda ittiham olunan 49 yaşlı Amandine Roy iştirak edib.
Bricit Makronun vəkili hər iki qadının hər birinin 10 min avro cərimələnməsini istəyib. Məhkəmə iş üzrə sentyabrın 12-də qərar çıxaracaq.
XXX
20 iyun, 15:50
Fransanın birinci xanımı Bricit Makronun əslində kişi olaraq doğulduğunu iddia edən iki qadına qarşı məhkəmə prosesi başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.
Bildirilir ki, 2022-ci ildə "YouTube" platformasında Bricit Makronun bir vaxtlar Jan-Mişel Taxt adlı bir adam olduğunu iddia edən video yerləşdirilib. Sözügedən video Amandine Röy və jurnalist Nataşa Rey tərəfindən yayımlanıb.
Video 2022-ci il Fransada prezident seçkilərinə bir neçə həftə qalmış internetdə geniş yayılıb.
Materialda Rey adlı jurnalist “dövlət yalanları” və “aldadıcılıq” haqqında danışır. Bricit Makronun kişi olduğu iddiaların doğruluğuna gəlincə, Röy israr edir ki, jurnalist (Nataşa Re - red.) bu barədə üç il araşdırma aparıb və dəqiqdir.
Fransızlar mətbuatın belə bir mövzunu araşdırmamasından təəssüfləndiyini, “belə ciddi” mövzunu gizlədə bilməyəcəyini söyləyiblər. Bundan sonra hər iki şəxs polis tərəfindən saxlanılıb. Hadisədən iki il keçməsinə baxmayaraq, fransız qadınların məhkəmə prosesi hələ də davam edir.
Məhkəmə prosesi Makronun növbədənkənar parlament seçkiləri elan etməsi fonunda keçirilir.
Gülayə Mecid