KTMT Ermənistan qarşısında bütün öhdəliklərini saxlayır, ölkə təşkilatın müttəfiqi olaraq qalır.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov açıqlayıb.
"Ermənistan KTMT-də bizim müttəfiqimiz olub və olaraq qalır. Bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qorunub saxlanılır. Amma quruma daxil olmaq məsələsi ölkənin suveren hüququ və qərarıdır", - deyə o bildirib.
Onun sözlərinə görə, KTMT İrəvanın Ermənistanın təşkilatdakı statusuna aydınlıq gətirəcəyini gözləyir: "Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi vəziyyətə aydınlıq gətirəcək və təşkilata üzv olub-olmamaq barədə rəsmi qərar olacaq".
Ağarza Elçinoğlu