Yunanıstanda COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayında artım olduğu bildirilir.

"Unikal" xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) dərc etdiyi həftəlik hesabata görə, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.

10-16 iyun tarixləri arasında COVID-19-dan 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub.

Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin orta göstəricisi 166 olub.