Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Fələstin dövlətinin tanınması ilə bağlı bəyanatını alqışlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. 

"Biz sevinirik ki, Ermənistan İspaniya, İrlandiya, Norveç və Sloveniyadan nümunə götürərək Fələstin dövlətini tanımaq qərarına gəlib", - bəyanatda deyilir.

Həmçinin, Türkiyənin daha çox ölkənin Fələstini tanıması üçün səylərini davam etdirəcəyi bildirilir.

Ağarza Elçinoğlu