Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 27 yük gəmisinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır, onlardan 11-i Rusiya Federasiyasında qeydiyyatdadır.
"Unikal" xəbər verir ki, bu barədə "EUobserver" nəşri məlumat yayıb.
"Aİ 27 yük gəmisinin öz limanlarına daxil olmasını qadağan edəcək", - məlumatda qeyd olunub.
Digər gəmilər arasında Kamerun, Panama, Sinqapur, Qabon, Komor, Qvineya-Bisau və Kuk adalarının bayraqları ilə üzən gəmilər var.