Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında qərar verib.

"Unikal" xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna “AZTV”, “Mədəniyyət TV”, “İdman TV”, “Azərbaycan Radiosu” və “Azərbaycan Beynəlxalq Radiosu” əlavə edilib.

İndiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna departamentlər, direktorluq, şöbələr və bölmələr daxil olub.