Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tur başa çatıb.

"Unikal" xəbər verir ki, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə bitib - 2:0. Belçika millisinin heyətində 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. 80-ci dəqiqədə Kevin De Bruyne adını tabloya yazdırıb.