REAL partiyası qarşıdan gələn parlament seçkilərində namizədlərinin adlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, partiyanın sədri İlqar Məmmədovun sözlərinə görə, adları açıqlanan namizədlərdən başqa, partiyanın digər bir neçə üzvünə dair yaxın günlərdə əlavə məsləhətləşmə aparılacaq və bu həftənin sonuna qədər onların da qərarı veriləcək.
Namizədlikləri irəli sürülən partiya üzvləri:
Erkin Qədirli
İlqar Məmmədov
Elçin Əliyev
Mahmud Mahmudov
Natiq Cəfərov
Toğrul İskəndərli
Rəsul Cəfərov
Zöhrab Əliyev
Samir Məmmədov
Elşən Ədalətli
Rüstəm Hidayətzadə
Vasif Novruzov
Razim Rzayev
"Namizəd sayının nisbətən az olması partiyamızın maddi imkanları ilə bağlıdır. Tək bu sayda namizədin uğurlu kampaniyasını keçirməyə vəsaitimiz çatar, hətta seçki vaxtı yığacağımız ianələr nəzərə alınmaqla. Odur ki, maddi resurs əsas götürülməklə, ən yaxşı nəticə göstərə biləcəyimiz dairə və şəxslər üzərindən kampaniya aparmaq qərarına gəldik", - deyə İ.Məmmədov qeyd edib.