"Bu gün Sevastopola raket hücumuna görə ABŞ və Ukrayna hakimiyyəti günahkardır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.

“ABŞ-dən olan əclaflar quldurlara raketlər verir və onları hədəfə çatdırmağa kömək edir. Kiyevdəki əclaflar dinc insanların olduğu çimərliyi hədəf seçib düyməni basırlar”, - deyə sədr müavini bildirib.

O, həmçinin qeyd edib ki, Sevastopolda baş verənlər hərbi əməliyyatlar çərçivəsindən çıxır və Rusiyada dinc əhaliyə qarşı pravoslav bayramında törədilən terror aktıdır.