Böyük Britaniya Kralı III Çarlzın bacısı Şahzadə Anna evində baş verən bədbəxt hadisədən sonra beyin silkələnməsi və yüngül xəsarətlər səbəbilə xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Bukingem Sarayı açıqlama verib.

73 yaşlı şahzadənin vəziyyətinin yaxşı olduğu, müşahidə üçün xəstəxanada saxlandığı və Kral Çarlza bacısının vəziyyəti ilə bağlı tez-tez məlumat verildiyi qeyd edilib.

Həmçinin, Bukingem Sarayının sözçüsü həkimlərin rəyi ilə müalicə müddətində şahzadənin rəsmi proqramlarının təxirə salındığı və Yaponiya İmperatorunun şərəfinə təşkil ediləcək naharda iştirak etməyəcəyini bildirib. 

Zərifə Nağıyeva