Nijni Novqorodda botulizmə yoluxan 21 yaşlı Kostroma sakini xəstəxanada ölüb.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a Kostroma vilayəti administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Təəssüf ki, gənci xilas etmək mümkün olmadı”, - mətbuat xidmətindən bildirilib.

Kostroma vilayətində başqa botulizm halları qeydə alınmayıb.

Xatırladaq ki, Nijni Novqorodda qohumlarının yanına gedən gənc oğlan botulizmə yoluxub. O, iyunun 12-dən 15-dək Nijni Novqorod vilayətində olub, qohumlarıgildə lobya salatı yeyib. Daha sonra onun səhhəti pisləşib.

Qeyd edək ki, botulizm ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir.