ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik İrəvan və Bakının sülh müqaviləsi imzalamağa yaxın olduğu bir vaxtda Fransanın Ermənistana silah satmasından narahatlığını ifadə edib.
"Unikal"ın məlumatına görə, keçmiş həmsədr erməni KİV-nə müsahibəsində qeyd edib ki, bu, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi prosesini çətinləşdirir.
Onun fikrincə, silah tədarükü ilə bağlı sazişin bağlanması sülh sazişi imzalanana qədər təxirə salınmalıdır.
“Ermənistanın müdafiə olunmaq hüququ var, ordusu olacaq, onu ləğv etməyəcək, sərhədlərini istənilən xarici təhlükələrdən qoruyacaq, lakin təəssüf ki, sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, - deyə Uorlik bildirib.