Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov kombaynın sükanı arxasına keçərək biçində iştirak edib.

"Unikal" xəbər verir ki, bununla bağlı o, "Telegram" kanalında müvafiq video yayımlayıb.

Çeçenistan lideri kombaynı regiondakı kənd təsərrüfatı müəssisələrindən birinə səfəri zamanı sürüb. Bu səfərdə onu respublikanın kənd təsərrüfatı naziri Vişxan Matsuev müşayiət edib.

“Müasir kombaynın sükanı arxasında əyləşib məhsul yığımına başlamaq məni çox sevindirdi. Proses zamanı kombaynçı ilə danışdım”, - deyə Kadırov bildirib.