Dağıstan Respublikasından olan milyarder, Rusiya Federasiyası Federasiya Şurasının üzvü Süleyman Kərimov iyunun 23-də baş verən terror aktlarından sonra Dərbənddəki məbədin və sinaqoqun bərpasına büdcədənkənar mənbələrdən vəsait ayıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov mətbuat konfransı zamanı deyib.
"Dərbəndə gəlincə, Süleyman Kərimov daha çox ziyan dəymiş sinaqoqun və pravoslav kilsəsinin bərpası üçün büdcədənkənar mənbələrdən lazımi vəsait ayırmağa hazırdır", - deyə Məlikov bildirib.
Məlikov əlavə edib ki, Dağıstan Respublikasının dövlət katibi Maqomedov Maqomed-Sultan Mahaçqalada pravoslav kilsəsinin və sinaqoqun bərpası məsələlərini öz üzərinə götürüb.