İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37 626 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralıların ümumi sayı isə 86 098 nəfərdir.

"Ümumilikdə, son 24 saat ərzində 28 nəfər həlak olub, daha 66 nəfər yaralanıb", - deyə məlumatda qeyd olunur.