Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1300-dən çox zəvvar həddindən artıq istilər səbəbindən dünyasını dəyişib.

"Unikal" “Euronews”a istinadən xəbər verir ki, bu rəqəmləri krallığın rəsmiləri bildiriblər.

Onlar qeyd ediblər ki, zəvvarların ölümünə ən çox susuzluq və fiziki yorğunluq səbəb olub. 

Ölkənin səhiyyə naziri Əbdül Rəhman əl-Cəlajel bildirib ki, ölənlərin əksəriyyətinin (83%) Həcc vizası olmayıb.