Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirəcəyini bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə o, Génération Do It Yourself (GDIY) podkastında deyib. 

Makron Putinlə bu və ya digər mövzuda mümkün söhbəti istisna etmədiyini bildirib: "Mən dialoqun gücünə inanıram və Vladimir Putinlə dialoqu davam etdirərdim... Son bir neçə ayda dialoq olmayıb, amma mən bu və ya digər mövzuda bunu istisna etmirəm. Dialoq atom elektrik stansiyaları və ya başqa bir şeylə bağlı ola bilər, amma səmimi deyirəm ki, dialoqu davam etdirməyin həmişə vacib olduğuna inanıram". 

Fransa lideri AES-dən danışarkən nə demək istədiyini açıqlamayıb.

Ağarza Elçinoğlu