Almaniyanın Ştutqart şəhərində avtomobil Macarıstanın baş naziri Viktor Orbanın korteji ilə toqquşub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində Orbanı müşayiət edən polislərdən biri ölüb, digəri isə ağır yaralanıb. 

Bildirilir ki, qəza Orban Macarıstan futbol komandasının Avropa çempionatında oyununa qatıldıqdan sonra Ştutqart hava limanına gedərkən baş verib.

Ağarza Elçinoğlu