Çirkli pulların yuyulmasında və gözəllik mərkəzinə silahlı basqın təşkil etməkdə təqsirləndirilən türkiyəli sosial media fenomeni Dilan Polat məhkəmə zalına gətirilərkən halı pisləşib.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə zalına gətirilən Polat "Allahım, mənim heç bir günahım yoxdur" deyərək yerə yıxılıb. Həbsxana mühafizəçiləri tərəfindən stula əyləşdirilən Polat üçün məhkəmə zalına həkim gəlib.
Digər tərəfdən Engin Polat da məhkəməyə gələn qızı Nilda Polatın ad gününü təbrik edib. Baş verənlərdən sonra Dilan Polat zaldan çıxarılıb.
Zərifə Nağıyeva